İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyununda “Tottenhem” Çempionşipdə mübarizə aparan “Brentford”u qəbul edib.
Favorit olan londonlular 12-ci dəqiqədə önə keçiblər. Mussa Sissoko qonaqların qapısına yol tapıb. İlk hissə minimal hesabla başa çatıb. Joze Mourinyonun komandası fasilədən sonra daha bir qol vurub. Bu dəfə 70-ci dəqiqədə Son Hyunq Min meydan sahiblərinin üstünlüyünü möhkəmlədib. Qalan vaxtda hesab dəyişməyib. Vaxtın yekunlaşmasına 6 dəqiqə qalmış qonaqlardan Coş Dasilva meydandan çıxarılıb. Beləcə, Tottenhem 2:0 hesabilə qələbə qazanaraq Liqa kubokunun finalına çıxıb. London futbolçularının həlledici görüşdə rəqibi bu gün keçirilən Mançester derbisində müəyyənləşəcək.